Dövlət Gömrük Komitəsinin ƏRAZİ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR- Özəl!

Related image

Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatları aparılacağı ilə bağlı Komitə sədri Səfər Mehdiyevin verdiyi vəddən üç ay keçir.

Bu üç ay ərzində DGK-nin rəhbərliyində ciddi kadr dəyişiklikləri müşahidə olunsa da, struktur islahatları ilə bağlı hansısa tədbirlər həyata keçirilmədi. Belə qənaət yaranırdı ki, Komitə sədri Səfər Mehdiyevin bu mövzu ilə bağlı vədi söz olaraq qalacaq.

Dövlət Gömrük Komitəsindəki mənbələrdən "Azertaym.az"-a daxil olan məlumata görə ciddi struktur islahatları ilə bağlı təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Nazirlər Kabineti bu təklifləri təsdiq edərsə, Dövlət Gömrük Komitəsinin ərazi idarələri biləşdirlməklə onların əvəzində bir neçə baş idarə yaradılacaq.

Image result for gömrük komitəsi və səfər mehdiyev

Məlumata görə, Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsi birləşdirilərək yerlərində iki baş idarə yaradılcaq. Ərazi idarələrindən Astara, Bilasuvar və Şirvan Gömrük İdarələri, Gəncə və Tovuz Gömrük İdarələri, Yevlax, Xudafərin və Balakən Gömrük İdarələri birləşdirilməklə üç baş idarə yaradılacaq. Xaçmaz Gömrük İdarəsinin isə Sumqayıt Baş Gömrük İdarəsinə birləşdiriləcək.      

Struktur islahatlar nəticəsində Sərhəd Gömrük keçid məntəqələri birləşdiriləcək və ərazi gömrük idarələrinin nəzarətindən çıxarılacaq. Dövlət Gömrük Komitəsinin rəhbərliyi bununla gömrük-biznes münasibətlərində şəffaflığın daha da artırılmasına və büdcə gəlirlərinin formalaşdırılmasında çatışmazlıqların aradan qaldırılmasına nail olacağını proqnozlaşdır.

Yeni struktur islahatlar öz növbəsində kadr ixtisarlarını və dəyişikliklərini də gündəmə gətirəcək. 

Image result for gömrük komitəsi və səfər mehdiyev

"AzerTaym.az"






Fikirlər