ELDAR QULİYEV beynəlxalq tədbirdə ÇIXIŞ ETDİ
Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Yunanıstanın Kavala şəhərində keçirilən Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclaslarında iştirak edir. "AzerTaym.az" bildirir ki, quruma üzv dövlətlərin iqtisadi əlaqələrinin möhkəmləndirilməsində həmkarlar ittifaqının rolu mövzusunda keçirilən iclasda Azərbaycanı Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. E. Quliyev eyni zamanda, sədr müavini olduğu həmin komitənin iclasında bu gün çıxış edərək həmkarlar ittifaqı barəsində məlumat verib, Azərbaycanda həmkarların rolu, beynəlxalq əlaqələri və sair məsələlərə toxunub. Qeyd edək ki, QDİƏT PA-dakı nümayəndə heyətimizin səfəri 19 oktyabr tarixində başa çatacaq.