Daha bir təhsil müəssisəsində QƏRİBƏ QADAĞA: "ƏCƏB OLUB" - FOTO

Daha bir təhsil müəssisəsində qəribə qadağa: "Əcəb olub" - FOTO

Azərbaycan Milli Konservatoriyasında qəribə qadağa qüvvəyə minib.

Sonxeber bildirir ki, a24.az-ın əldə etdiyi məlumata görə, Konservatoriyada təhsil alan tələbələrə liftdən istifadə qadağan edilib. Buna görə də tələbələrin etiraz etdikləri bildirilir.

Sözügedən məsələ ilə bağlı Konservatoriyanın rektoru Siyavuş Kərimi ilə əlaqə saxladıq.

"Bu, nə mövzudur? Gedin, "narmalnı" şeylərdən yazın. Mədəniyyətdən yazın. Maşın sürürlər, ona görə qadağan olunub, əcəb olub,. Düz-əməlli söhbətlər edin, bu, mövzu deyil, axı", – deyə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Odlar Yurdu Universitetində tələbələrə dikdaban ayaqqabı geyinmək, Sumqayıt Dövlət Universitetində isə tələbələrə saqqal saxlamaq qadağan olunmuşdu.
Daha bir təhsil müəssisəsində qəribə qadağa: "Əcəb olub" - FOTO






Fikirlər