Teymur Dünya Kubokunu QAZANDI!
Şahmat üzrə Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun qalibi bu gün müəyyənləşəcək. “Qafqazinfo” xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov çinli həmkarı Dinq Liren arasında 4 final qarşılaşmasıdan ibarət klassik mübarizədə qalib bilinməyib - 2:2. Buna görə turnirin qalibi müəyyənləşdirmək üçün bu gün tay-brek keçirilir. Bakı vaxtilə saat 14:00-da başlayan ilk partiyada Rəcəbov ağ fiqurlarla oynayıb. Partiya 64-cü gedişdə heç-heçə bitib. Bir qədər sonra başlayacaq ikinci partiyada Teymur artıq qara fiqurlarla çıxış edəcək. Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan yarışda qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.