Almaniyada miqrant alveri ilə məşğul olan tanınmış azərbaycanlılar saxlanılıb – İNANILMAZ ADLAR!
Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb. “Report”un Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib. Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub. Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb. Almaniya Federal Daxili İşlər Nazilriyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda məlumat veriləcək. *** Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yazıb. Məlumatda bildirilir ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Məlumatda bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar. Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir. Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər. Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. Meydan TV-yə verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur. T.Rüstəmxanlı deyir ki, “Legat” İnteqrasiya Mərkəzi yalnız Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. T.Rüstəmxanlı da mərkəzin yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərdiyini bildirir. Meydan TV Mehdi Xəlilbəylinin yaxınları ilə əlaqə saxlaya bilməyib.