Akif Təvəkküloğlu Milli Məclisdəki vəzifəsindən azad olunub - Parlamentə yeni mətbuat katibi gətirildi
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub. "AzerTaym.az" bildirir ki,bu barədə modern.az-a Milli Məclisdən məlumat verilib. Bilidirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova Akif Təvəkküloğlunun vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb. Parlamentin yeni mətbuat katibinin adı da açıqlanıb. Belə ki, spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.
Qeyd edək ki, Elnar Məmmədli bundan əvvəl AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tuturdu...