Əli Nağıyev Abazyanla görüşdü
8 yanvar, saat 17.00-da Yerasx və Sədərək məntəqələri arasındakı neytral zonada Ermənistan və Azərbaycanın təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında görüş keçirildi. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat məlumatina əsasən, Armen Abazyan və Əli Nağıyev “məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər. Bu sahədə əlaqələr davam edəcək ”. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bu barədə heç bir məlumat vermir. Bir sıra mənbələrə görə, Abazyan və Nağıyev Nikol Paşinyanın yanvarın 11-də İlham Əliyevlə keçirəcəyi görüşdə müzakirə ediləcək məsələlər ətrafinda fikir mübadiləsi aparıb. /Turan