Qapı Ukraynanın üzünə bağlandı, Putin qalib gəldi - Sensasion İDDİA...

Qapı Ukraynanın üzünə bağlandı, Putin qalib gəldi - Sensasion iddia

Putin Qərbin zəifliyinə əmin oldu. Onu heç nə dayandırmayacaq
 
Qərb Putinin birmənalı olmayan siqnallarından karıxıb, "The Telegraph" nəşri yazıb.
 
Bu arada Rusiya lideri Qərb dövlətlərinin qətiyyətlə və birgə hərəkət etməyə qadir olub-olmamasını yoxlaya bilib. Qəzetin redaksiyası əmindir: Putin Avropanı parçalayıb və Ukraynanı NATO- ya daxil olmaq şansından məhrum edib.
 
Yaxın günlərdə nə baş verməsindən asılı olmayaraq, Avropa İttifaqının xarici siyasət yaradıcısı roluna iddiaları əsassızdır.
 
Boris Conson deyib ki, Kremldən gələn siqnallar birmənalı deyil. Bu, yüngül ifadədir. Səhər tezdən Rusiya hərbçiləri bəyan edib ki, qoşunların bir hissəsi Ukrayna sərhədlərindən çəkilərək daimi dislokasiya yerlərinə qayıdır, hərçənd NATO bəyan edib ki, yerlərdə heç bir deeskalasiya əlamətləri yoxdur.
 
Rusiya parlamenti Ukraynanın şərqində separatçı qurumların tanınmasına səs verib, hərçənd Vladimir Putin anladıb ki, hələlik bunu etməyəcək.
 
Almaniya kansleri ilə birgə mətbuat konfransında Putin bəyan edib ki, danışıqlara getməyə hazırdır, amma təcrübə göstərir ki, Kremlin bəyanatlarına etimad etmək olmaz.
 
Bir şey şübhə doğurmur: Putin Qərbin qətiyyətini yoxladı və onun zəifliyinə əmin oldu. Yaxın günlərdə nə baş verməsindən asılı olmayaraq, Avropa İttifaqının xarici siyasət yaradıcısı roluna iddiaları əsassızdır.
 
Avropa liderləri ümidsiz dərəcədə bir-birindən ayrı düşüb. Kimsə Moskvanı sakitləşdirmək siyasətinə üstünlük verir, kimsə Ukraynanın öz müqəddəratının təyin edilməsi hüququnu dəstəkləmək istəyir. Birləşmiş Ştatlar sözdə möhkəm və yenilməz görünür, əməldə isə müdaxilə olunacağı təqdirdə dağıdıcı sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıq edir. Kreml bəyan edir ki, bu sanksiyalar onu qorxutmur.
 
Paradoks bundadır ki, Putin iddia etdiyi kimi güclü deyil. Onun ölkəsi dünyanın digər hissəsi ilə müqayisədə demoqrafik və iqtisadi çöküş halındadır.
 
Onun aqressivliyi Rusiyanın bəzi qonşularını Qərblə yaxınlaşmağa vadar edib. Yalnız Rusiya ordusunun gücü, habelə Kremlin beynəlxalq normalara hədsiz dərəcədə etinasız yanaşması demokratik dünyanı ona ciddi yanaşmağa sövq edir.
 
Bununla birlikdə, Putin artıq indidən iddia edə bilər ki, o, özünəməxsus qələbə qazanıb. O, Qərbi parçalayıb, Ukraynanı isə yaxın gələcəkdə NATO- ya daxil olma şansından məhrum edib.
Kiyev gördü ki, müttəfiqləri ona dəstək verməyə hazır deyil, Ukraynanın iqtisadiyyatı isə müharibə qarşısında qorxu səbəbindən böyük itkilərə məruz qalır.
 
Hələ daha pisi də var. Putinə Qərbi qorxutmağa imkan verən çatışmazlıqları və zəif yerləri aradan qaldırmaq istəyən kimsənin olmasının əlamətləri azdır. Yəqin ki, "Şimal axını-2" işləyəcək. NATO üzvləri əvvəlkitək öz müdafiəsi üçün az vəsait xərcləyir. Qərb cəmiyyətinin avtoritarizm qüvvələri ilə qarşıdurmada cəsarəti yetərli deyil. Hətta hazırkı münaqişənin qarşısını almaq mümkün olsa belə, Kremlə sonradan belə hiyləni təkrarlamağa nə mane olacaq? Hər şeydən göründüyü kimi, heç nə.






Fikirlər