“Vəziyyət ağırlaşacaq, etirazlar artacaq”

 

“Yaxın gələcəkdə mövcud vəziyyətin daha da ağırlaşacağını, etirazların artacağını güman edirəm”.

Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin sözlərinə görə, əgər mövcud hakimiyyət vəziyyətin yaxşılaşması istiqamətində konkret addımlar atmazsa, o zaman proseslərin arzuedilməz məcrada inkişafı qarşısıalınmaz olacaq:

“Hazırda ölkədəki sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğu göz önündədir. Lakin daha pisi odur ki, vəziyyət getdikcə daha da ağırlaşır və hökumət bu tendensiyanın qarşısını almaq üçün heç bir addım atmır. Vəziyyətin yaxşılaşması üçün heç bir proqram ortaya qoyulmayıb, heç bir islahat aparılmır. Bu isə o deməkdir ki, vəziyyət pisləşməkdə davam edəcək və bu da öz növbəsində ciddi etirazlara səbəb olacaq. Çünki bunun əksini düşünmək üçün hələ ki, heç bir səbəb yoxdur”.

 






Fikirlər