İcra başçısı sərxoş olub, müavinini qovdu - İDDİA

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Məlumata görə Musa Şəkiliyev bu günlərdə sərxoş olub. Bu zaman onunla birinci müavini Tahir İsmayılov arasında problem yaranıb. Müavininə əsəbiləşən başçı onu otağından qovub.

Bu barədə AzFakt.com-a İca Hakimiyyətindəki mənbə məlumat verib.

Məlumatı verən mənbənin sözlərinə görə, Musa Şəkiliyev ümumiyyətlə içkiyə meyilli insandı. İcra Hakimiyyətinin əməkdaşları onun tez-tez içkili halda işə gəlməsinin şahidi olub. Yaxınları dəfələrlə başçıya içib işə getməməyi məsləhət görsə də, o, öz şakərindən əl çəkmir. Musa Şəkiliyevlə I müavini arasındakı gərginliyin də məhz bu üzdən yaranması ehtimal olunur.

AzerTaym.az

 






Fikirlər