Nəsib Həsənovun QEYRİ-ŞƏFFAF İŞLƏRİ - CRA Qrupda nələr BAŞ VERİR?

Nəsib Həsənovun QEYRİ-ŞƏFFAF İŞLƏRİ - CRA Qrupda nələr baş verir?

Beynəlxalq biznes aləmində uğurları ilə seçilən və bir çox beynəlxalq layihələrdə iştirak edən CRA Qrupun Azərbaycan şirkətlərində ciddi problemlər ortaya çıxıb. Hər halda CRA Qrupun Azərbaycan şirkətlərində maaşların davamlı olaraq gecikdirilməsi bunu deməyə əsas verir.

İqtisadi böhranın ölkəmizdə fəaliyyət göstərən əksər şirkətləri, hətta ən iri holdinqləri belə “vurmaıs” sirr deyil. Bir çox müəssisələrdə içilər ixtisar edilib, maaşları gecikdirilir. Ölkəmizin ən çox gəlir gətirən aparıcı şirkətlərini özündə birləşdirən CRA Qrupda da vəziyyət son bir ildə mənfiyə doğru dəyişib. Qrupa daxil olan “Nobel oil”, “Xalq bank”, “Nar mobile”, Norm MMC və digər şirkətlərdə işçilərin kütləvi ixtisarı aparılıb. Bu barədə Rubrika.az saytına adının açıqlanmasını istəməyən və CRA Qrupda baş verənlərdən kifəayət qədər məlumatlı olan mənbə məlumat verib. 
Məlumatı başqa mənbələr də təsdiqləyiblər. Hazırda CRA Qrupun Azərbaycan şirkətlərində çalışan bir neçə şəxs də məlumatları təsdiqləyiblər. Sıravi işçilər olan həmin şəxslər bildiriblər ki, hazırda müəssisələrdə maaşları bir neçə aydır ki, gecikdirilər. Hətta qurpun başında dayanan Nəsib Həsənova birbaşa bağlı olan CRA-in işçilərinin belə bir neçə aydır əmək haqqı gecikdirildiyi bildirilir. Həmçinin əldə etdiyimiz məlumata əsasən CRA Qrupa daxi olan şirkətlər başqa şirkətlərə olan borclarının ödənməsini gecikdirmə ilə həyata keçirirlər. 
İlk baxşıdan bütün bunların iqtisadi böhrana görə baş verdiyini düşümək olar. Lakin bir neçə ay öncə qeyd olunan şirkətləri Britaniyadakı baş ofisdən idarə edən, çox nüfuzlu və ciddi əlaqələrə malik olan, uğurlu iş adamı kimi beynəlxalq biznes çevrələrində belə tanınan N.Həsənovun guya şirkətlərin (xüsusən də Nobel oil və Norm MMC) xaricdə qazandıqları pulları ölkəyə gətirməyərək xarici banklarda saxladığı barədə xəbərlər yayılmışdı. Həmin məlumatda göstərilirdi ki, Qrupda maliyyə problemlərinin səbəbi xaricə satılan malların pullarının ölkəyə qaytarılmaması və xaricdə saxlanmasıdır. Sonradan həmin məlumat xəbər saytlarından yığışdırılmışdı. Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev ötən həftə Yevlaxda keçirilən respublika müşavirəsində bildirmişdi ki, xarici ölkələrə ixrac olunan malların pulları ölkəyə qaytarılmır və bu pullar xaricdə saxlanılır.
Qeyd edək ki. CRA Qrup Azərbaycanda istehsal etdiyi bir sıra məhsulları Orta Asiya da daxil olmaqla bir çox xarici ölkələ ixrac edir. Yəni CRA Qrupa aid olan şirkətlərin rentabelli işləməsi heç kimdə şübhə doğurmur. Əvvəllər CRA Qrupda yüksək vəzifələrdən birini tutmuş qaynağımız bildirir ki, əslində adı çəkilən şirkətlərdə yaranmış maliyyə sıxıntısının səbəbləri başqadır. Sən demə, CRA Qrup Pirallahı rayonunda çox böyük bir əczaçılıq kompleksi tikdirir və N. Həsənov bütün maliyyə ehtiyatlarını həmin kompleksin tikinitisə sərf edir. Mənbə bildirir ki, 70 milyon dollara başa gələcək həmin zavodun tikintisinin xərcləri CRA Qrupu əməlli-başlı maliyyə sıxıntısına soxub. Vəziyyətdən çıxmaq üçün Qrupa aid olan şirkətlərdə işçi ixtisarılarının aparılması, xidmət göstərən firmalarla müqavilələrin dayandırlıması belə kəsirləri aradan qaldırmır. 
Qeyd edilən kopmleksin tikintisi ilə bağlı başqa bir məqam da diqqəti çəkir. Sözü keçən “Həyat Farm” əczaçılıq kompleksinin təməlqoyma mərasimi 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında keçirilib. Bu mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayevlə yanaşı Rusiyanın İqtisadi İnkişaf Nazirinin müavini Aleksandr Sibulski də iştirak edib. Təməlqoyma törənində Rusiya tərəfinin iştirak etməsi sözügedən zavodun Rusiya şirkətlərinin tərəfdaşlığı ilə tikiləcəyi və işlədiləcəyinə işarədir. İndiyə qədər əsasən Qərb və Çin, bəzən də Türkiyə və Ukrayna şirkətləri ilə partnyorluq edən N.Həsənovun birdən-birə Rusiyaya tərəf dönməsi diqqəti çəkicidir. Görəsən Şimal dənizində neft kəşfiyyatı işləri görən cənab Həsənov hazırda Qərbin sanksiyalarına məruz qalan Rusiya ilə işbirliyinə görə Qərbdəki nüfuzunu belə zərbə altına düşə biləcəyini belə gözə almasını zəruri edən nədir? 
Bundan başqa mənbə bildirir ki, CRA Qrup bu işində də əvvəllərolduğu kimi şəffaflıq prinsiplərini qorumur. Ölkə ictimaiyyəti həmin CRA Qrupa daxil olan şirkətlərin səhmdarlarının kimlərə aid olması olması barədə bu gün də informasiyaya malik deyil. Yeni şirkət barədə də informasiya çox xəsisliklə verilir.
Qrupa daxil olan digər şirkətlər kimi əczaçılıq kompleksinin səhmdarları barədə tam məlumat verilmir və Rusiyanın bu əczaçılıq şirkətində nə qədər payının olduğu bilinmir. Ancaq Rusiyanın İqtisadi İnkişaf Nazirinin müavini Aleksandr Sibulskinin təməlqoyma mərasimində iştirakı göstərir ki, Rusiyanın bu kompleksdə payı böyükdür. O zaman zavodun tikintisi üçün maliyyə xərclərinin ancaq CRA Qrup tərəfindən çəkilməsi də sual doğurur…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Fikirlər