Bakıda sahibkarın obyektini əlindən almaq istəyirlər - FOTO/VİDEO
"Şəxsi mülkümü gəlib əlimdən almaq istəyirlər."Caspian Park" adlı MMC-nin sahibi Akif Sadığov mənim obyektimdən çıxmağımı söyləyir. Qanuni, sənədli obyektimdə fəaliyyət göstərə bilmirəm". Bunu baku.ws-ə açıqlamasında "Marine Elektrik MMC"nin rəhbərliyindən bildirilir. Xətai rayonu, Zığ Şosesi 31c ünvanında yerləşən obyekt elektrik avadanlığı satışı ilə məşğul olur. MMC-dən bildirilir ki, bir neçə gün öncə gəlib obyektin qarşısını çəpərləmək istədilər: "Biz buna mane olmaq üçün polisə müraciət etdik. Gəlib hadisə yerində vəziyyətlə tanış oldular və dərhal çəpərləmə dayandı. "Caspian Park MMC" sözügedən ərazidə bina tikmək üçün bu addımı atıb. Kimsə bina tikir deyə mənim obyektimin qarşısı çəpərlənməlidir? Belə qayda harda var?Hələ bu azmış kimi bizi həmin ərazidən qanunsuz şəkildə çıxarmağa çalışırlar. Binanı tikdirmək istəyən şəxs bizə bildirdi ki, ya razılaşıb çıxmalısan, ya da başqa yollarla bunu edəcəyik. Bizimlə razılaşdırılmadan obyekti sökməyə çalışırlar. Akif Sadığov deyir ki, bu ərazini mən almışam və sənin obyektini də sökdürəcəm. Axı qanuni sənədləri olan obyekti başqa yollarla necə almaq olar?"
"Caspian Park" adlı MMC-nin sahibi Akif Sadığov "Marine Elektrik MMC"dən bildirilir ki, dünən sözügedən obyektin işığı kəsilib: Özünü icra nümayəndəsi adlandıran Barat adlı şəxs bizə dedi ki, işığın kəsilməsini İcra Hakimiyyətindən tapşırıblar. Biz işığı yenidən bərpa etdirmək istədikdə isə buna mane oldular. Öz obyektimizdə bizi işləməyə qoymurlar. Bu nə özbaşınalıqdı?" "Marine Elektrik MMC" artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Müəssisə elektrik avadanlığı satışı ilə məşğul olur və vergi ödəyicisidir. Mülk sahibinin hüquqları Azərbaycan Respublikasının Konstitusiyasındakı müvafiq maddələrlə qorunur. Heç bir halda mülkiyyətçinin hüquqları əsassız şəkildə pozula bilməz. Bununla yanaşı, sahibkarların fəaliyyəti üçün dövlət qayğısı var. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında sahibkarlara şərait yaradılmasının vacibliyini vurğulayıb. AzerTaym.az