Məhərrəm Qasımlı vəzifəsindən AZAD OLUNDU

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktor müavini vəzifəsindən azad olunub.

Bu barədə APA-ya Məhərrəm Qasımlı özü məlumat verib. O qeyd edib ki, vəzifədən öz ərizəsi əsasında azad olunub: Bilirsiniz ki, mən Aşıqlar Birliyinin sədriyəm və birlikdə işlərimiz həddindən artıq çoxdur. Aşıq sənəti ilə bağlı çoxsaylı yeni və dəyərli layihələrimiz olacaq. Ona görə də Ədəbiyyat İnstitutundakı vəzifəmdən azad olunmağım haqqında ərizə ilə müraciət etdim və bu, nəzərə alındı”.






Fikirlər