DİN-dən general Rafiq Abbasovun nazir təyinatı xəbərinə reaksiya: - "Həqiqəti ƏKS ETDİRMİR"
DİN Rafiq Abbasov barədə yayılan məlumatı təkzib edib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.
******
Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub.
Bu barədə virtualaz.org-a Muxtar Respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.
Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.