Azərbaycanda polkovnik və mayor İŞDƏN ÇIXARILDI
Ucar Rayon Polis Şöbəsində iki vəzifəli şəxs işdən azad edilib. APA-nın yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev sərəncama göndərilib. İTB-nin rəisi, polis mayoru Mürvət Zeynalov isə işdə yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilib.