Türkiyənin “QIZIL SOROS”U İLƏ BAĞLI QƏRAR VERİLDİ
Osman Kavala həbs olundu
Türkiyənin “Qızıl Soros”u adını alan Osman Kavala, "Konstitusiyanı pozmaq" və "Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmağa cəhd" cinayətlərindən həbs olundu.
Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr təxribatları ilə 15 iyul çevriliş cəhdinə dair istintaq çərçivəsində saxlanılan iş adamı Osman Kavala həbs olundu.
İstanbul Dövlət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun verdiyi məlumata görə, FETÖNÜN 17-25 dekabr təxribatları ilə 15 iyul çevriliş cəhdinə dair istintaq çərçivəsində saxlanılan Kavala, polisdəki əməliyyatların ardından Çağlayandaki İstanbul Ədliyyə Sarayına gətirilib.
İttiham olunan Kavala, prokurorluğun həbs olunması tələbilə məhkəməyə sövq edilib.
İstanbul Sülh Cəza Məhkəməsi ifadəsini aldığı Kavalanı Konstitusion quruluşu ortadan qaldırmağa və Türkiyə Cümhuriyyəti hökumətini devirməyə təşəbbüs etmə cinayətlərindən həbs edib.