"Azərbaycan SQ-nin itki verməsi və geri çəkilməsi xəbəri uydurmadır"

"Azərbaycan SQ-nin itki verməsi və geri çəkilməsi xəbəri uydurmadır"Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin (SQ) cəbhədə təxribat törətməsi cəhdi və itki verərək geri çəkilməsi barədə yaydığı məlumatlar uydurmadır.

Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır: "Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır".






Fikirlər