Bakıda QARABAĞ ƏLİLİ ölüncəyə qədər DÖYÜLÜB

Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

"AzerTaym" "Report"a istinadən xəbər verir ki, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.

O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.

M.Əhmədov Qarabağ müharibəsi əlili olub.






Fikirlər