"FEMİDA"nın baş redaktoru dəm QAZINDAN BOĞULDU
Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida007" qəzetinin baş redaktoru Kərimov Əyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb. E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir. Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.