17 mart üçün qorxulu proqnoz

17 mart üçün qorxulu proqnozAstroloqlar xəbərdarlıq edir - 17 martda ehtiyatlı olun.

ANS-in məlumatına görə, mart ayında Mars və Uranın yaxınlaşması astroloqları qorxudub.
Ən kritik tarix isə mart ayının 17-dir. Türk astroloq Su Karakuşun sözlərinə görə, bu tarixdə bu tarixdə kütləvi ölüm hadisəsi və ya fəlakət baş verə bilər. Onun sözlərinə görə, qorxuducu tablo Mart ayının 20-də gerçəkləşəcək ilk Günəş tutulmasından sonra ötüşəcək.


Başqa astroloqlar isə bu tutulmanın zəlzələ xəbərçisi olduğunu deyirlər. "Türkiyənin ulduz xəritəsinə baxdıqda mart, aprel və may aylarında terror hadisələri, dəniz qəzalarının yaşanacağını proqnozlaşdırmaq olar. Hava, torpaq və suda təhlükələr var. Gəzi parkı hadisələri olan zaman da Ay tutulması var idi".

Səma elmləri ilə məşğul olan Fizil Özkulun sözlərinə görə, Uran 84 ildən bir qoç bürcü ilə üst-üstə düşür. Mars və Uran ilk dəfə qovuşma vəziyyətinə gələcəklər. Bu il martda tam günəş tutulması olacaq. 1999-cu ildə tam günəş tutulmasından sonra Marmara zəlzələsi baş verdi. Yenə bu ərəfədə təyyarə qəzaları, partlayış, dövlət xadimlərinə sui-qəsdlər ola bilər. "Edə biləcəyimiz bir şey yoxdur. Ancaq qəlbiniz təmiz olsun və çalışın qələbəlik yerlərdən uzaq olun".






Fikirlər