Kamran Əsədovdan 596 balla "kəsilən" abituriyentlə bağlı ŞOK: "Fotoşopdur"
İbrahim Əsgərlinin yüksək bal topladığı halda ali məktəbə qəbul olmaması ilə bağlı müraciəti əsasında Dövlət İmtahan Mərkəzinin binasında oldum və rəsmi şəxslərlə görüşdüm. Onlar abituriyentin nəticəsinin 418 oduğunu, 596 balın abituriyent və ya onun yaxınları tərəfindən fotoşop yolu ilə düzəldiyi barədə məlumat verdilər . Bu barədə AzerTaym.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O, İbrahim Əsgərlinin özü və valideynləri ilə də Dövlət İmtahan Mərkəzinin qarşısında görüşdüm. "Onlar isə bu ittihamın absurd olduğunu dedilər. Əlbəttə ki, bu məsələdə ortada nəyin baş verdiyini müəyyən etməkdə çətinlik çəkirəm. Kimin doğru, kimin yalnış olduğunu bilmirəm. Amma rəsmi mövqe odur ki, sənəd saxtadır və fotoşopdur". Qeyd edək ki, bu gün təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki hesabında İbrahim Əsgərlinin 596 bal topladığı halda ali məktəbə qəbul olmaması barədə müraciəti paylaşmışdı. Məlumata görə, İ.Əsgərlinin seçdiyi ixtisasların balı topladığı başdan aşağı olsa da, ali məktəbə qəbul ola bilməyib. Məlumatdan sonra açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə də abituriyentin nəticələri fotoşopla dəyişdirdiyini bildirib.