"Sıçovul qızdırması" YENİDƏN YAYILDI
Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb. AzerTaym.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib. Qeyd edək ki, Hindistanda "sıçovul qızdırması" adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb. Məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.