Milli Məclisdə Rusiyaya ETİRAZ ÇIXIŞI...

Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə öz işinə başlayıb. 98 deputatın iştirakı ilə keçirilən iclasın gündəliyinə 54 məsələ daxildir.

Z.Əsgərov deputatlara xitabən cari məsələlərlə bağlı çıxış etmək istəyənlərin olub-olmadığını söruşdu. Bundan sonra deputatlar çıxışa yazıldılar.

Deputat Sevinc Hüseynova dedi ki, 7 oktyabrda bir qrup Rusiya vətəndaşı qanunsuz olaraq Qarabağa gəlib: “Təəssüf ki, bu heyətdə Rusiya Dövlət Dumasının üzvü Svetlana Jurova da olub. Onlar öz səfərlərini “qadınlar sülh naminə” adlandırır. Amma bütün dünya bilir ki, Qarabağı ermənilər işğal edib. Təkcə Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib. Qarabağ müharibəsi zamanı təkcə azərbaycanlılar deyil, həm də ruslar da həlak olub. Onların 4-ü Azərbaycanın Milli Qəhrəmanıdır. Mən Azərbaycan-Rusiya dostluq qrupunun üzvü kimi, Rusiya vətəndaşlarını Qarabağa qanunsuz səfərlərdən imtina etməyə çağırıram”.(musavat.com)






Fikirlər