PƏRVİZ HƏŞİMLİNİN EVİ QARƏT EDİLDİ: "Evdəki ehtiyat açarları da aparıblar”

  Image result for PƏRVÄ°Z HƏŞİMLÄ° GÜNÜN SƏSÄ°

Gununsesi.org saytının Baş redaktoru Pərviz Həşimlinin yaşadığı mənzil qarət olunub.

 "AzerTaym.az xəbər verir ki, bu barədə jurnalistin özü dünən gecə “Feysbuk”dakı səhifəsində məlumat verib.

“Mənzilimdən oğurluq olub. Kompüterlər, printerlər, suvenirlər… Hələlik gözümə dəyən bunlardır. Qapıya açar salıb açmaq istəyəndə, gördüm ki, açıqdır. İçəri daxil olanda qarışıqlıq gördüm. Yeni mənzildi deyə bura ofisimə aid əşyaları yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar”.

P.Həşimlia bildirib ki, 102 xidmətinə dərhal zəng edib və polislər hadisə yerinə gələrək mənzilə baxış keçirib müvafiq tədbirlər həyata keçiriblər: “Oğruların yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat-axtarış tədbirləri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılır”.






Fikirlər