Bakıda İŞ ADI İLƏ evdən çıxan 22 yaşlı gənc İTKİN DÜŞDÜ
Bakıda işə getmək adı ilə evdən çıxan şəxs itkin düşüb. Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Nobel prospekti 84, ev 5-də yaşayan, 1996-cı il təvəllüdlü Süleyman İldırım oğlu Quliyev dekabrın 11-də səhər saat 07 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalar aparılır.