BAKIDA TOYU OLACAQ vəzifəli xanım məmur faciəvi ŞƏKİLDƏ ÖLDÜ (FOTO)
Aviasiya Təhlükəsizlik Baş İdarəsində Buraxılış Nəzarət Xidmətinin əməkdaşı Lalə Məmmədova faciəli şəkildə ölüb. Unikal.org-un əldə etdiyi məlumata görə, Lalə Məmmədova dünən dəm qazından boğularaq ölüb. 39 yaşlı Lalə Məmmədova paytaxtın Xətai rayonu, Xocalı prospekti, N.Rəfili küçəsindəki mənzilində dəm qazının sızması nəticəsində dünyasını dəyişib. Bakı Hava limanının işçisi olan Lalə Məmmədova nişanlı olub. Yaxın zamanlarda toyu olacaqdı.