“PALMALI” 20 illiyini “Çırağan”da qeyd etdi - FOTOLAR
Dekabrın 21-də Istanbulda yerləşən “Çırağan” sarayında Palmalı” şirkətlər qrupunun yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim keşirilib. Mərasimdə iştrak edən əməkdaşımızın verdiyi xəbərə görə, “Palmalı”nın yubiley tədbirinə Türkiyə və Rusiyanıın iş dünyasından ünlü isimlər, məşhur iş adamları, sahibkarlar, bank rəhbərləri qatılıb. Qonaqların önündə məşhur səbətçlərdən Sibel Can, Kubat, Nikolay Baskov, Brilyant Dadaşova, Elnur Hüseynov öz proqramları ilə çıxış ediblər. Onlardan bəziləri Azərbaycan mahnıları ifa ediblər. Bundan başqa, Türkiyənin məşhur sənət adamları – Orxan Gəncəbay, Hülya Avşar, Mahsun Kırmızıgül, Mətin Şəntürk və başqaları qonaqlar arasında olub. Onlardan yalnız Mahsun Kırmızıgül səhnəyə çıxıb və 12 ildən sonra ilk dəfə mahnı ifa edib. Mərasimdə “Palmalı”nın yaradılmasından və inkişaf yolundan bəhs edən beş dəqiqəlik videoçarx nümayiş olunub. Çıxış edənlər “Palmalı”nı Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkəti adlandırıb, bu qrupun hər iki dövlətə fayda gətirdiyini vurğulayıblar. “Palmalı”nın rəhbəri Mübariz Mənsimov öz qısa çıxışında şirkətin hala gəlməsi yolunda böyük zəhməti olan olan dənizçilərə - gəmi kapitanlarına, bosmanlara, matroslara və yağçılara minnətdarlığını bildirib. "AzerTaym.az" musavat.com-a istinadla məraismdən çəkilmiş şəkilləri təqdim edir: