Piano ifa edən robot yaradıldı – VİDEO
İnsanın əl hərəkətlərinin təqlidi robotlar üçün mümkün olan, lakin çox çətin bir tapşırıqdır. Mütəxəssislər onlara insan hərəkətlərini öyrətmək üçün qəliz mexanizmləri əzələ, sinir, sümük və oynaq analoqları ilə təchiz edir. Oxu.Az xəbər verir ki, Kembric Universitetinin alimləri isə başqa varianta üstünlük veriblər. Onlar robotlaşdırılmış əli minimum sayda detallarla təchiz edərək, onun nəyə qadir olduğunu öyənməyə çalışıblar. Tərtibatçılar nəticədən razı qalıblar. Çünki robot mahircəsinə sintezatorda ifa edə bilib. Robotlaşdırılmış əl “Stratasys Connex 5000” 3D printerində çap olunub. Xammal olaraq insan sümükləri və əzələləri kopyalayan materiallardan istifadə edilib. Alınan bilək UR5 robotuna bərkidilib.Tədqiqatçılar onu ən yaxşı variant hesab edir. Çünki onu “Python” dilində proqramlaşdırmaq daha asandır. İfa zamanı barmaqların elastikliyini artırmaq üçün sümüklər arasında olan bağların sərtlik dərəcəsi dəyişdirilib. Robot barmaqlarını qatlaya bilməsə də, sadə melodiyaları asanlıqla ifa edib.