“AZƏRENERJİ”nin yeni MƏTBUAT KATİBİ: “Bir müddət keçsin, sonra danışım”
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsinə təyinat alan jurnalist Teymur Abdullayev Modern.az-la ilk təəssüratlarını bölüşüb. T.Abdullayev təyinatını ilk günləri olduğundan geniş danışmaq istəməyib: “İşə yeni başlamışam. Müəyyən müddət keçsin, fəaliyyətimiz görünsün, sonra danışaq”. Mətbuat katibi jurnalistlərlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışacağını vurğulayıb. Teymur Abdullayev əvvəllər “Şərq”, “Hürriyyət”, “P.S” və digər qəzetlərdə işləyib.
O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib.
Daha sonra İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.