Çörək dünyadakı ən populyar məhsullardan biridir və onsuz bəlkə də həyatımızın bir günü belə keçmir. Buna görə də onun öz bayramı - hər il 16 oktyabrda qeyd olunan Ümumdünya Çörək Günü olması təəccüblü deyil.
"AzerTaym.az" bildirir ki, Bayram Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə 2006-cı ildə təsis edilmişdir. Bu tarixin seçilmısi də təsadüfi deyil. 16 oktyabr 1945-ci ildə kənd təsərrüfatının və onun istehsalının inkişafında problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılması ilə əlaqədardır. Həmən gün Ümumdünya Qida Günü də qeyd olunur.
Ümumdünya Çörək Gününə həsr olunmuş "Çörək Müsabiqəsi" bü gün Azeri Home Chef təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı, ŞamFi və AzNar şirkətlərinin dəstəyi ilə Midtown Baku otelində keçirilib.
Müsabiqənin əsas məqsədi Azərbaycan xanımların ev şəraitində çörəyin hazırlanmasında öz bacarıqlarını nümayiş etdirmək, təcrüblərini bölüşdürmək və çörəyin əhəmiyyətini qeyd etmək idi.
Məşhur aşpazlar və restoratorlar tərəfindən şah əsərlər qiymətləndirildikdən sonra bütün iştirakçılar sponsorlardan qiymətli hədiyyələr aldı, ilk üç qalib isə söz verilmiş pul mükafatlarını aldı.