Gömrükdə ölüm: Elşən Sadıqovun ürəyi partladı

Gömrükdə ölüm: Elşən Sadıqovun ürəyi partladı

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

"AzerTaym.az" bildirir ki, hadisə şahidlərinin Baku.ws-ə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Qurumun mətbuat xidmətindən faktı təsdiqlədilər.

Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.

 

Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.






Fikirlər