"Range Rover"lə qəzaya düşən Hacı Mazandan XƏBƏR VAR

İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyada müalicəsini davam etdirir.
Yeniavaz.com xəbər verir ki, Hacı Mazanın oğlu Bayram Zeynalov unikal.org-a açıqlamasında bildirib ki, atasının səhhətində irəliləyiş var: "Allaha çox şükür yaxşıdır. Almaniyada müalicəsi davam etdirir. Onun vəziyyəti stabilləşib, alqalıdır və danışa bilir".
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.






Fikirlər