Hacı Mazan ağır qəzaya düşdü, Bakıya gətirilir

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb. Hacı Mazan bu dəqiqələrdə xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.


Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır. 






Fikirlər