Elza Seyidcahan deputatlığa namizəd OLDU

"Mən parlament seçkilərində iştirak etməyə bilmərəm".

"AzerTaym.az" xəbər verir ki, bu sözləri Modern.az-ın əməkdaşının “Parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırarkən müğənni Elza Seyidcahan deyib. O, açıqlamasını belə davam etdirib:

“Çünki Elza Seyidcahanı xalq sevir, Elza Seyidcahan da xalqı sevir. Kim xalqı sevirsə, o prezidenti sevir”.

Müğənni sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib-etmədiyi barədə sualı isə cavabsız qoyub:

“Tezliklə hər şeyi biləcəksiniz”.

Modern.az-ın əməkdaşı 54 saylı Şabran-Siyəzən seçki dairəsi ilə əlaqə yaradaraq Elza Seyidcahanın namizədliyini irəli sürüb-sürmədiyini aydınlaşdırıb.

Məsələ ilə bağlı Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib ki, hazırda seçki dairəsində 27 nəfərin namizədliyi təsdiq olunub:

Onlardan 11 nəfəri imza vərəqlərini qaytarıblar,1 nəfər isə qeydiyyata alınıb. Elza Nuru qızı Qasımova (Seyidcahan) da namizədliyini irəli sürüb. Elza xanım da imza vərəqələrini təqdim edib. Bu gün-sabah sənədlərinə baxıb namizədliyini qeydə alacağıq”.






Fikirlər