Bu səhər Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA

Bu səhər Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA

 Bu gün səhər saatlarında Bakı metrosundan istifadə edən sərnişinlər problemlər yaşayıblar.

Bu barədə sərnişinlər BAKU.WS-in “qaynar xətti”nə müraciət ediblər.

Bildirilir ki, metronun “Elmlər Akademiyası”, “Nizami”, “28 may” stansiyalarında qatarlar tuneldə dayanıb.

Ən çox yubanma isə “Nizami” stansiyası ilə “28 may” arasında dayanıb.

Bundan başqa, digər stansiyalarda da sərnişin sıxlığı müşahidə edilib.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, bu gün Bakı metrosunda heç bir nasazlıq və problem müşahidə olunmayıb.

Qatarların yubanması isə sərnişin sıxlığına görə ola bilər.

Yəni adi günlərdə olduğu kimi metroda sıxlıq yaşanır. Sərnişinlər vaqonun qapılarını tuturlar. Bu səbəbdən də, qatarlar 5-20 saniyə yubanır.

Bu da ümumi intervala təsir göstərə bilər.

Hazırda Bakı metrosu adi rejimdə işləyir”, - deyə Bəxtiyar Məmmədov bildirib.






Fikirlər