Azərbaycan Televiziyasının tarixində ilk dəfə efirə gedən səhər verilişinin, xaricdə yaşayan azərbaycanlılarla telekörpünün müəllifi və bununla bərabər ilk dəfə olaraq 65 yeni layihənin yaradıcısı və ilk aparıcısı olub.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabr 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub.

2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

Allah rəhmət etsin!

VİDEO