Arif Qasımovun sakinlərlə növbəti görüşü keçirilib - FOTO

Arif Qasımovun sakinlərlə növbəti görüşü keçirilib

Bu gün 214 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Ə.Əzimzadə küçəsi 19, Q.Qarayev prospekti 38, 40, 42, 44 saylı ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

AzerTaym.az" bildirir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda sakinlərin təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

 




 






Fikirlər