"NİZAMİ"-də Arif Qasımov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 15 may 2019-cu il tarixində 250 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov C.Naxçıvanski küçəsi 38, 48, 50, 52, 54 və B.Nuriyev küçəsi 49 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. "AzerTaym.az"-a qurumun mətbuat xidmətindən bildirilir ki,səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Qəbulda sakinlər binaların dam örtüklərinin, istilik sistemlərinin və kanalizasiya xətlərinin təmiri, zirzəmilərdən suyun çəkilməsi, ağacların budanması, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər. Rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.