SON DƏQİQƏ: Azərbaycanın iki bölgəsində ZƏLZƏLƏ BAŞ VERDİ...

SON DƏQİQƏ: Azərbaycanın iki bölgəsində ZƏLZƏLƏ BAŞ VERDİ

Saat 20:00-da Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb.

Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss olunub.

Eyni zamanda, Lənkəran rayonunda da zəlzələ baş verib.

Yeraltı təkanlar saat 20:05 radələrində qeydə alınıb. Zəlzələ 3-3,5 maqnitudada olub.

İlkin məlumata görə, dağıntı və ya tələfat qeydə alınmayıb.






Fikirlər