Uşaqlarını "otlamağa məcbur edib” videoya çəkən ata polisə aparıldı

Uşaqlarını

Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini polis şöbəsinə gətirilib. 
Bu barədə mediaya açıqlamasında Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və sonra onu videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib. Ehsan Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daima diqqət mərkəzindədir:
"Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri özünün, biri isə qohumudur. O, dərhal polis şöbəsinə gətirilib, izahatı aınıb. İkram Xudiyev etitaf elədi və bildirdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, İkram Xudiyev inzibati xətalar məcəlləsinin müvafaiq maddəsinə əsasən cərimə olunub".
Qeyd edək ki, sosial şəbəkədə azyaşlı uşaqlarla bağlı videogörüntü paylaşılıb. Həmin görüntüdə ata pay torpağı olanlara yardım verilməməsinə işarə edərək uşaqlarını həyətyanı sahədə otlamağa "məcbur edir”.
"AzerTaym.az"






Fikirlər