Qatil direktoru müdafiə edən mədəniyyət nazirliyi - Ənvər Börüsoy YAZIR
2001-ci ildən başlanan Piriyev rəzaləti 2001-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bədnam şəkildə işdən qovulan İftixar Piriyev dərhal başqa bir teatrda özünə “əbədi” yuva qurmaq üçün yollar aradı və Milli Teatrımızın ən qocaman sənət ocağı olan “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı”nın direktoru vəzifəsini məngirləyə bildi. Elə o dönəmdən bu günə kimi direktor olaraq, çalışmaqda davam edir. Halbuki, nazirlik onun sənətlə bağlı istedadını və bacarığını nəzərə almalı idi. Halbuki, İftixar Piriyev aktyor kimi teatrda bəsit şəkildə oynadığı epizodik rolları ilə yaddaşlarda qalmışdı. Ötən illər ərzində bu teatrın yaradıcılıq baxımından simaları olan ünlü sənətkarların bəhanlərlə işdən qovmaqla qocaman sənət ocağının dram dərnəyinə çevriməsi İftixar Piriyevin direktor olduğu dönəmlə bağlıdır. Xalq artistləri Vidadi Əliyev, Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamella Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Vaqif Əliyev, tanınmış aktyorlardan Əjdər Zeynalov, Dilarə Əliyeva, Tünzalə Əliyeva, Midhət Aydın, Rəşad Səfərov, Mehman Dilqəmoğlu, Rada Nəsibova, Anar Babalı, Ramil Məmmədov, Könül Əbilova, Zəka Ziya, Günel İmanova, Solmaz Məmmədova, Elçin Hacı, Zülfiyyə Eldarqızı və başqaları İ. Piriyevin “kərəmovçuluq” siyasətinin qurbanı kimi teatrdan uzaqlaşdırılıblar. Bu rəzalət məhz mədəniyyət naziri Əbülfəs Qarayevin gözləri qarşısında baş verib. Bizə daxil olan bigilərə görə, İftixar Piriyevin nazirlikdə baş himayədarı teatrlarla bağlı sorumlu incəsənət idarəsinin rəisi İsmayıl Hüseynovdur. Ona görə də, İftixar Piriyev “kərəmovçuluq” ənənəsini davam etdirir. Faktiki olaraq, “C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dövlət Teatrı” bu gün dram dərnəyi səviyəsinə enibdir. Buna səbəb “kərəmovçuluq” təfəkkürüdür. Üç aylıq körpənin ölümünə səbəb olan İftixar Piriyev Biz son bir neçə ildə Azərbaycan peşəkar teatrının qocaman ocaqlarından biri kimi İrəvan Teatrın direktoru İftixar Piriyevin rəzaləti ilə bağlı ürəkayandıran yazılarla çıxış etdik. Ortaya çoxsaylı faktlar qoyduq. Mədəniyyət naziri Əbülfəs Qarayev və incəsənət idarəsinin rəisi İsmayıl Hüseynov mübhəm münasibətlərə əsaslanaraq, daim direktor İftixar Piriyevi müdafiə etdilər. Teatrda direktor İftixar Piriyevin rəzaləti ucbatından baş vermiş son olaylardan birini yazmaq zorundayıq. İftixar Piriyevin sevimli “C” bəndinə məhkəmələr “YOX!!!” dedilər 19 ildir direktor işlədiyi müddətdə İftixar Piriyev istədiyi aktyoru və ya digər işçiləri əmək məcəlləsinin 79-cu maddəsinin “C” bəndi ilə işdən azad etməklə məşğul olub. Lal və kor mədəniyyət nazirliyi İrəvan Teatrındakı rəzalətə nə zaman son qoyacaq? Yuxarıda qeyd etdiyimiz kimi, İftixar Priyev bu teatra direktor təyin olunmamışdan əvvəl başqa teatrlarda və TV kanallarda bir aktyor kimi özünü sınaqdan keçirsə də, heç bir zaman parlaq rolların ifaçısı ola bilməmişdir. Bizim öncələr də qeyd etdiyimiz kimi mədəniyyət nazirliyinin “direktor teatrı” siyasətində istedadı olmayan aktyorları bu vəzifəyə təyin etməsi tamamilə yalnışdır. İrəvan Teatrından İ. Piriyevin işdən azad etdiyi tanınmış aktyorlar necə olur ki, başqa teatrlarda istedadları ilə parlayır və milli telesüriallarda baş rolları ifa edirlər, bunları görməzlikdən gələn mədəniyyət nazirliyi isə, haqsızlıqlara neçə illərdir göz yummaqda davam edirlər. Əslində İftixar Piriyevin rəzalətindən, “kərəmovçu” siyasətindən mədəniyyət nazirliyinin də xəbəri var. Çünki, haqsız yerə işdən qovulan aktyorların hər biri nazirliyə bu barədə şikayətlər yazıblar. Nazirlik isə, indiyə kimi heç bir tədbir görməyib. Onsuz da akademik statusu olmayan teatrlarda aktyorların maddi durumu fəlakətlidir. Gənc aktrisa Şəbnəm Cəbrayılova aldığı cüzi maaşı və həyat yoldaşının qazancı onların sadəcə kirayəyə və acından ölməməyə çatırdı. Gənc bir ananın bətnindəki körpəsini keçirdiyi stresslər və depressiyalar nəticəsində itirməsi faktı belə, mədəniyyət nazirliyinin məmurlarının, özəlliklə də teatrlara sorumlu olam İsmayıl Hüseynovun vicdanını oyada bilməyib. Ənvər BÖRÜSOY, sənətşünas
2014-cü ildən bu teatrda çalışan gənc aktrisa Şəbnəm Cəbrayılovanın başına gələnlər insanlığa qarşı heç faşizm düşərgələrində belə, rast gəlinməyib. Şəbnəm Cəbrayılova ötən müddətdə “Xanbəzəmə oyunu”, “Vəzifə gəlişi”, “Səsimdən yapış”, “Burdan bir atlı keçdi”, “Cümhuriyyətin ilk sədası”, “Didro”, “Nəsrəddin evlənir”, “Ağ ölüm”, “Nağıl”, “Məkr və məhəbbət”, “İrəvanda xal qalmadı”, “O da aşiq ola…”, “Min möhtəşəm günəş”, “Vəfalı Səriyyə”, “Ömür qatarı”, “Ölüm həstəri”, “Ürəyində arzu tut” və digər tamaşlarda əsasən baş rolları ifa etmişdir. 2019-cu ilin iyul ayında Gəncə qastrolu öncəsi Şəbnəm Cəbrayılova truppa müdiri Müdvər Nemətovaya bildirib ki, üç aydır hamilədir və həkimlər bildirirlər ki, bu vəziyyətdə uzaq yola çıxa bilməz. Truppa müdiri bu məsələni direktor İftixar Piriyevə söyləməsini bildirir. İ. Piriyev isə: “Əgər teatrın əməkdaşısansa, qastrolda olmalısan” deyərək Şəbnəm xanımın məcburi şəkildə qastrola getməsini tələb edib. Köhnə və xarab vəziyyətdə olan “Qazel” markalı mikroavtobusla truppa, o cümlədən Şəbnəm xanım qastrola getmək məcburiyyətində qalıb. Elə bu qastroldan geri dönən kimi ağrı və sancıları daha da şiddətləndi. Ancaq, insanlıq dışında “kərəmovçuluq” edən İftixar Piriyev onu teatra dəvət edərək: “Teatrın qastrol səfərlərində iştirak məcburidir” dedi. Şəbnəm Cəbrayılova elə onun kabuinetindən həkimə zəng edərək üçaylıq körəsi olan birinin uzaq səfərlərə çıxması üçün problemlər barəsində soruşdu. Həkim isə bildirdi ki, əgər maşın normaldırsa və sürətlə getməyəcəksə, mümkün ola bilər, cavabını verib. Onun bu sözlərini direktor İ. Piriyev və truppa müdiri M. Nemətova da eşitdilər. Bu olaydan sonra, İ. Piriyev qastrol üçün tələb olunan komfortlu mikroavtobus təşkil etdi. Hamilə olmasına baxmayaraq, teatrın digər aktyorları ilə qastrol səfərlərində iştirak edib. 27 iyul tarixində teatrın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qastrol səfəri ilə bağlı öncədən Ş. Cəbrayılovaya truppa müdiri zəng edərək xəbərdarlıq edib. Şəbnəm xanım isə, səhəti ilə bağlı və həkimin verdiyi arayışa əsaslanaraq ona bildirib ki, uzaq səfərlərə çıxmaq artıq ona qadağan edilib. Həkimin verdiyi arayışı istənilən vaxt təqdim etməyə hazır olduğunu da qeyd edib. İ. Piriyev isə, elə iyulun 19-da Ş. Cəbrayıovanın işdən azad edilməsi barəsində qərar imzalayıb. Direktorun belə insanlıq dışında atdığı addıma görə Şəbnəm xanım depressiyaya düşərək dərin stresslər keçirib. Beləliklə də üç aylıq körpəsini itirib. Yenicə ailə həyatı qurmuş gənc bir ailənin ümidləri, valideyn olmaq hüququndan məhrum olması İ. Piriyevin teatrda “kərəmovçuluq” rəzalətinin faktlarından biridir.
Gənc aktrisa Şəbnəm Cəbrayılova onun sonucu “qurban”larından biridir. Kirayədə yaşayan, cüzi maaşla həyat yoldaşı ilə birlikdə gənc aktrisanın ilk övladını itirməsi və uzun müddət depressiya vəziyyətində qalmasını qəbul etməyərək ədalət axtarışı ilə məhkəməyə müraciət etdi. Nəsimi rayon Məhkəməsinin sədri hakim Rəşid Səmədov gənc aktrisanın hüquqlarının müdafiəsi ilə bağlı ədalətli qərar çıxardı və onun işinə bərpa olunmasını gündəmə gətirdi.
İrəvan Teatrını “kərəmovçu” təfəkkürü ilə idarə edən direktor İftixar Piriyev isə, ədalət məhkəməsinin qərarına məhəl qoymayaraq, aldı sazı əlinə və Bakı şəhər Apelyasiya Məhkəməsinə şikayət məktubu ilə qarşılıqlı iddia yazdı. İ. Piriyev özünün qanunsuz əməllərini ört-basdır etmək üçün bu addımları atmaqla Şəbnəm Cəbrayılovanın ona xəstəliyi ilə bağlı dəymiş 5 min manat zərərin və 50 manat təzminatın ödənilməsi iddiasının qarşısını almağa cəhd edirdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Aida Hüseyn Nəsimi rayon Məhkəməsinin qərarını əsasında və İ. Piriyevin iddiasının haqsız olması barəsində 2020-ci il 4 mart tarixində ədalətli qərar çıxardı. Beləliklə İrəvan Teatrının tarixində ilk dəfə olaraq, iki məhkəmə araşdırmaları nəticəsində hakimlər qərar çıxarmışlar. Apardığımız araşdırmalar sonucu olaraq əldə etdiyimiz bilgilərə dayanaraq, qeyd etməliyik ki, İ. Piriyev “Kərəmov dedi, qurtardı” prinsipi ilə özünü qorumaq üçün Ali Məhkəməyə şikayət etməyə hazırlaşır.
Teatrlarda direktorların rəzaləti əsasən iki halda tüğyan edir. Bu, “bədii şura”ların və “həmkarlar ittifaqları”nın onların nəzarətində olması ilə müşahidə olunur. İ. Piriyevin bütün qanunsuz əməlləri məhz “həmkarlar ittifaqı”nın vasitəsilə həyata kelirilibdir. Bu faktı mədəniyyət nazirliyi də çox yaxşı bilir. Ancaq, nədənsə kar, kor olmaqla yanaşı, susqunluq sindromuna əsaslanaraq, “direktor teatrı” siyasətini müdafiə etmək kimi antihumanist hədəflərin yanında yer alır. Direktorlar o qədər qanunsuz əməllərə alışıblar ki, hətta məhkəmələrin qərarlarını belə, heçə sayırlar. Bu gün ölkədə baş verən kadr islahatları və struktur dəyişikliklərinə cəmiyyətdə çox böyük inam yaranıb. Fikrimizcə mədəniyyət nazirliyi və onun himayə etdiyi antihumanist siyasətə də son qoyulmasının zamanı çatmışdır.