Jurnalist ölümlə hədələndi - DİN hərəkətə keçdi!

Zaur Qəriboğlu od püskürdü: “Balaca məmurlar bizə imkan vermirlər ...

Reaksiya” TV-nin rəhbəri Zaur Qəriboğlu ötən gün sosial şəbəkə hesabında “Etibar Məmmədov” adlı profilin sahibi tərəfindən ölümlə hədələndiyini bəyan edib.

Z.Qəriboğlu bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdiyini açıqlayıb. Məsələnin nə yerdə olması ilə bağlı Zaur Qəriboğlu ilə əlaqə saxladıq.

 "AzerTaym.az" bildirir ki, Z.Qəriboğlu cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin hadisəni nəzarətə götürdüyünü deyib:

Bizim “Facebook” hesabına yazmışdı. Əməkdaşlar da ona cavab vermişdi. Sonra telefon verib ki, zəng edək. Mənə də mesajları göstərdilər, oxudum, o adama zəng etdim. Elə birbaşa söyüşlə başladı. Məndə səsyazısı var. Artıq Daxili İşlər Nazirliyi səviyyəsində məsələ müdaxilə olunub. Bu gün saat 14:00-da Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində rəis Əbülfət Rzayevin qəbulunda olacağam. Adam kimdirsə, ünvanına, telefonuna kimi deyib. Yəqin ki, tədbir görüləcək. Bəlkə də artıq tədbir görülüb, amma mən bilmirəm”.

Z.Qəriboğlu ilk dəfədir ki, belə bir təhdid aldığını deyib:

“Biz iki ilə yaxındır ki, fəaliyyət göstəririk, ilk dəfədir belə təhdid alırıq. Azərbaycan hakimiyyəti tərəfindən heç vaxt təhdidlə qarşılaşmamışıq. İcra başçıları səviyyəsində nələrsə deyilib, amma bu da təhdid olmayıb. Sadəcə, niyə bizdən danışırsız və s. kimi iradlar olub. Amma bu, çox ciddi təhdid idi”.






Fikirlər