“Sanki bomj həyatı yaşayıram” – Əməkdar artist

“Sanki bomj həyatı yaşayıram” – Əməkdar artist gileyləndi

Teatr incəsənətin elə bir sahəsidir ki, burada aktyorlar hiss, fikir və emosiyalarını birbaşa tamaşaçılara ötürürlər. Bəs niyə bəzi incəsənət nümayəndələri teatrdan aralı düşüb?

 "AzerTaym.az" big.az-ın bununla bağlı aktyorlar arasında keçirdiyi sorğunun  nəticəsini təqdim edir ;          

Cavanşir Hadıyev: “Bir ildən çoxdur ki, sənədlərimi Akademik Rus Dram Teatrına vermişəm. Sənədlərim elə bil, asılqanda ilişib qalıb. Mən, yəni Əməkdar artist bir ildən çoxdur həmin teatrdan cavab gözləyirəm ki, məni işə dəvət edəcəkər. Qazancım təkcə çəkilişlərdəndir. Düşünün, mənim kimi Əməkdar artistin evi belə yoxdur, sanki “bomj” həyatı yaşayıram”.

Kamran Ağabalayev“Düşünürəm ki, hər bir insan öz bacardığı işlə məşğul olsa, bir çox sahələrdə uğur əldə edərik. Kino aktyorluğu üzrə təhsil aldığım üçün teatrda çalışmıram. Demirəm ki, heç vaxt çalışmaram. Bəlkə nə vaxtsa qismət oldu. Onu da əlavə edim ki, tamaşasında rol olmaq istədiyim bir rejissor var, o da Mehriban Ələkbərzadədir”.

Faiq Mirzəyev: “Teatr məbəddir.Burada işləmək üçün istedadla bərabər dözüm, səbr və güclü intellekt lazimdir. Görünür, bunlardan hansinasa malik ola bilmədim. Baxmayaraq ki, universiteti bitirdiyim il teatra görkəmli aktyorlar Şəfiqə Məmmədova və Məlik Dadaşovun təkidi ilə təyinat verilmişdi, lakin sona qədər bu sahədə davam edə bilmədim. Fəaliyyətimi kino və serial sferası üzrə davam etdirdim”.

Azər Aydəmir: “Teatra olan sevgim o dərəcədə deyil ki, mən özümü bu sahəyə həsr edim. Antrepriza oynadım. Rejissor İlqar Safat mənə bu şəraiti yaratdı. Tərəf müqabillərim xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov oldu. Həyat yoldaşımı Rumiyyə Ağayeva oynadı. Çox böyük həzz aldım. Lakin teatr sonu görünə bilən fəaliyyət növüdür. Teatrın bəlli bir sonu var ki, aktyor burada maksimum bir həddə qədər irəliləyir. O mənada deyə bilərəm ki, teatrın tavanı var. Aktyor istər yaradıcılıqda, istərsə də idarəetmə struktrunda o tavana qədər böyüyə bilir. Yəni ya Xalq artisti olur, ya da teatrın rəhbəri. Mənim isə başqa planlarım var”.






Fikirlər