TƏBİB-dən koronavirusla bağlı SON RƏQƏMLƏR...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 30-na olan statistik göstəriciləri açıqlayıb. Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 137 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 917 027 test aparılıb. Onlardan 36 309-nün cavabı pozitiv çıxıb. İndiyədək 531 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 703 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2075 nəfərdir. 138 nəfər reanimasiyada, 14 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 135 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 115 pasiyent sağalıb.