Bu şəxslərin pensiyası daha çox artırıla bilər - ŞAD XƏBƏR...
"Böyük ehtimalla, minimum pensiya həddi artırılacaq. Bununla bağlı sərəncam gözlənilir. Həmçinin büdcə təşkilatlarında çalışanların əməkhaqları ilə bağlı qərarın qəbul edilməsi gözlənilir ki, bu da dolayısı ilə büdcə təşkilatlarından pensiyaya çıxanların pensiya həddinin artmasına təsir göstərəcək. Yəni, onların pensiyası təkrar hesablanacaq". Bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verilişinə qonaq olan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, 2022-ci ilin yanvarında əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində ümumi pensiyaların indeksləşdirilməsi məsələsi var. Bu, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyaların artmasına 17 manat təsir göstərəcək. Həmçinin ekspert əlavə edib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,3 milyard manat ətrafında proqnozlaşdırılır: "Bu, cari illə müqayisədə təxminən 250 milyon manat artıqdır. Ümid edirəm ki, daha az pensiya alanlar, xüsusilə minimum pensiya alanlar üçün daha yüksək artımlar nəzərdə tutulacaq. Bu, 20-25% ətrafında, 40-50 manat, yəni minimum pensiya həcminin 250 manata çatdırılması gözlənilir",-deyə ekspert əlavə edib. /Yenisabah.az