Yasamal Məhkəməsinin sədri yuxarı instansiyaların qərarını saymır - İTTİHAM VAR!
Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 14 B ünvanında yaşayan Qarayev Müsadif Mürvət oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, Yssamal rayon məhkəməsinin hakimi Vahid Hacıyev Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını qəbul etmir:
"Mən, Qarayev Müsadif Mürvət oğlu, bildirirəm ki, biz, bir neçə köçkün ailəsi, 2005-ci ildə Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, 9A ünvanında olan zibilliyi təmizləyib, icra başçısının sərəncamı ilə öz vasaitimiz hesabına, 3-cü mərtəbəsi mansar olmaqla, ümumi sahasi 553.7 kv.metr, yaşayış sahasi 320.0 kv.metr olan, 15 otaqdan ibarət 3 mərtəbəli ev tikdik. Bakı qeydiyyatımız olmadığı üçün, həmin tikilini sənədləşdirmək məqsədilə Əliyev Natiq Telman oğlu ilə müqavilə bağlayıb(onun qeydiyyatı olduğuna görə), məhkəmə yolu ilə bütün sənədləri onun adına keçirdik ki, sonradan onunla alqı-satqı yolu ilə öz mənzillərimizə sahib olaq.
Lakin sənədləşmə onun adına olandan sonra Əliyev Natiq Telman oğlu evləri verməkdən imtina etdi. Mən və Məmmədov Vidadi güclə evləri geri qaytara bildik. Bizimlə şərik olan Arif, Firqat, Xaliq və Abbasın evlərini isə vermədi. Onlar da Yasamal Rayon Polisinə, daha sonra məhkəməyə müraciət etdilər. Lakin Natiq Əliyev arvadı Əliyeva Rübaba ilə məqsədli şəkildə boşanaraq, evləri onun adına keçirdi və sonradan Yasamal Rayon Məhkəməsindəki havadarları ilə sövdələşərək, gülməli qərarlar asasında həmin evləri mənimsəyib satdılar. Beləliklə, Azərbaycan tarixində analoqu olmayan qarar verildi…
2017-ci ildə bütün bu mənimsəmələrdən sonra həvəslənən Natiq arvadı Rübabənin adından mənə qarşı iddialar qaldırmağa və məndən 40 kv.metr sahəsi olan otaq tələb etməyə başladı. Onun Yasamal Rayon Məhkəməsində olan havadarları çox çalışsalar da, öz məqsədlərinə nail ola bilmədilər. Çünki Apellyasiya Məhkəməsində Azərbaycan qanunlarını və Allahını başının üstündə görən hakimlər var ki, onlar buna imkan vermədilər.
Yasamal Rayon Məhkəməsində sədr əvəzi işləyən İslam Əliyev isə 18.01.2017-ci ildən bu işlərin başında duran, absurd iddiaları rədd etmək əvəzinə, başqa hakimlərin əli ilə işi İnzibatı Məhkəməyə göndərən Elşad Şamayevlə birləşərək, 3 ildən sonra köhnə iddianın əvvəlinə "evə köçürmə və boşaldılması” sözləri əlavə etdilər. Belə ki, təkrarən məhkəməyə müraciət edərək eyni predmet və eyni əsaslarla Azərbaycan Respublikası MPM-nin 82.3-cü və MPM-nin 233.3cü maddələrinə zidd olaraq iddia qaldırıblar ki, 2017-ci ildə olan köhnə işlərinə haqq qazandırsınlar. Hal-hazırda bu proses davam edir. Mən bu işə Yasamal Rayon Məhkəməsi hakimlərinin baxmasına (rayon məhkəməsində) etiraz etsəm də, İslam Əliyev yalnız hakimi dəyişməklə özünü sığortaladı.
Mən hər dəfə prosesin dayandırılmasını, işə xitam verilməsini tələb etsəm də, hakim mənim dediklərimə əhəmiyyət vermədi. O, qarşı tərəflə anlaşaraq əvvəldən danışılmış ekspert rəyi almaqla qərar çıxardı ki, bu da yolverilməzdir. Baxmayaraq ki, 18.01.2017-ci ildə Yasamal Rayon Məhkəməsinin hakimi E.Şamayev tikinti-texniki ekspertiza rəyi təyin edib, özü yerində baxış keçirib.
Bakı Şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (23.10.2020-ci il) hakimləri Camilova Xəyalə, Xəlilov İsmayıl və Kərimli İlhamdan ibarət tərkib mənzilə yerində baxış keçirmişlər və iddiaçının qərəzli mövqeyinin şahidi olandan sonra, Qarayev Müseyibin Apellyasiyaya şikayətini təmin etmişlər. Yenidən məhkəmənin texniki-tikinti ekspertizasına nə ehtiyac var? Hakimin burada marağı nədir ki, yenidən ekspert rəyi almağa çalışır?
Mən hüquqşünas deyiləm, ola bilər maddələri bilməyim, amma bu qədər açıq qərəzliliyi görməmək mümkün deyil. Ona görə də mən Yasamal Rayon Məhkəməsi tərəfindən verilən texniki-tikinti ekspertiza qərarına öz etirazımı bildirirəm. Nəinki ekspert rəyinə, ümumiyyətlə Yasamal Rayon Məhkəməsində bu işin baxılmasına etiraz edirəm.
İslam Əliyevin mənə qarşı qərəzli münasibəti, iddiaçı tərəflə olan yaxın əlaqələri və münasibətləri, hətta iddia ərizəsini proses zamanı və sonra bir yerdə hazırlamaları bu işin necə qurulacağını göstərirdi. Yəni qanunsuzluq o dərəcəyə çatıb ki, Yasamal Rayon Məhkəməsində yuxarı instansiyaların verdiyi qətnamə və qərardadlar şübhə altına alınır. Kimin gücü ilə? Hansı maraq əsasında? Odur ki, bu prosesin nəcə bitəcəyi aydındır və mən bu işə etiraz etməyə bilmərəm.
Qeyd edim ki, Əliyev Natiq Telman oğlu 15.03.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə tikilinin ümumi sahəsi 152 kv.metr olan üçüncü mərtəbəsini - Qarayev Müseyib Mürvət oğlunun mənzilini alqı-satqı yolu ilə özünə qaytarmışdır.
Qarayev Müseyib Mürvət oğlu 16.08.2005-ci il tarixdə özünün mülkiyyətinə keçən 152 kv.metr sahəsindən 40 kv.metrlik, ayrı girişi olan otağı Xaliq Abbasa satmışdır. Bir şərtlə ki, öz otağının sənədini Natiqdan alandan sonra həmin sahəni geri qaytarsın. Demək, 16.08.2005-ci ildə Abbas 40 kv.metr sahəni aldıqdan sonra məndə 112 kv.metr sahə qalır. Əliyev Natiq isə 2017-ci ildə Bakı şəhəri, 19 saylı dövlət notarial kontorunun dövlət notariusu H.S.Hüseynov ilə cinayət əlaqəsinə girərək, onunla Qarayev Müseyib arasında olan 15.03.2005-ci il tarixli müqavilədəki çapla yazılan “152 kv.metr” sözlərini pozaraq, diyircəkli qələmlə 59.0 və 71.0 kimi göstərməklə, mübahisəli predmet yaratmışlar. Çünki Əliyev Natiq Qarayev Müseyibin Xaliq Abbasa verdiyi 40 kv.metr sahəsi olan otağı onunla dəyişmək adı ilə ələ keçirərək, sökmüşdür.
Qarayev Müseyibin hər bir vatandaş kimi ayrı ünvan almaq hüququ var. O, Azərbaycan Respublikası MDK-sı yanında DODRX-nin Bakı şəhər ərazisi idarəsinə ərizə ilə müraciət edib və həmin idarə tərəfindən ona ünvan reyestrindən arayış və bununa əsasında 07.01.2010-cu il tarixdə çıxarış verilmişdir. Hansı ki, 07.10.2010-cu ildə həmin sahə yerində Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan verilmək üçün ölçülüb və ümumi sahəsinnin 112 kv.metr olması təsdiq edilib.
Əgər Yasamal Rayon Məhkəməsi hansısa maraq xatirinə yox, qanuni araşdırma aparmaq istəsəydi, bu işə çoxdan xitam verilməli idi. Belə də, araşdırmaq istəyirsə, birinci Əliyev Natiqlə notariusun birlikdə etdikləri düzəlişi araşdırmalıdır. Onda hakimə hər şey aydın görünəcək. Onsuz da, belə də aydındır, hakim sadəcə bunları görmək istəmir.
Yasamal Rayon Məhkəməsinin tikinti-texniki ekspertizası 8-ci keçid küçəsi, 9A ünvanında dəfələrlə keçirildiyinə görə (Yasamal Rayon Məhkəməsi ekspertiza, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası), yenidən keçirilə bilməz və buna öz etirazımı bildirirəm. Yuxarıda göstərilən dəlillərə əsasən, bu işə Yasamal Rayon Məhkəməsində baxılması qanuna uyğun deyildir və nəticəsi əvvəldən məlumdur. Ona görə bu iş dəyandırılmalıdır”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.