RADİASİYA Problemləri İnstitunun əməkdaşı DÖVLƏTƏ QARŞI çıxır? -FOTOLAR

serhedinfo

Son vaxtlar məmur övladlarının sosial şəbəkələrdə nümayiş etdirdikləri fotolar, yazdıqları statuslar cəmiyyətdə ikrah hissləri doğurmağa başlayıb. Belə məlumatlar yayıldıqdan sonra milyonlarla insan onların hərəkətlərinə ciddi reaksiyalar verib. Belə harınlamış məmur övladlarına görə onların valideynləri sərt şəkildə cəzalandırılsalar da, ancaq başqa formalarda bu tip hərəkətlər hələ də davam etməkdədir.

 Ölkə prezidenti 2013-cü ilin fevral ayında keçirdiyi məlum müşavirədə vəzifəli şəxslərin övladlarının qudurğanlıq etməsinə diqqət çəkib: "Vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”. Belələri sosial şəbəkələrdə təkcə insanları deyil, hətta  xalq, dövlət , prezident haqqında da hədyan söyləməkdən çəkinmirlər.

“Facebook” sosial paylaşım şəbəkəsində Prezident, iqtidar barədə heç bir etika gözləmədən təhqirlər yazan məmur övladlarından biri  də AMEA-nın Radiasiya Problemləri İnstitunda işləyir. İşlədiyi institutda az-az görünən Enver Musayev adlı “Facebook” istifadəçisi direktor Adil Qəribov tərəfindən himayədarlıq edildiyi deyilir. İşçisinin fəaliyyətindən onun xəbəri olduğunu deyə bilmərik. Amma nəzərə alaq ki, həmin Enver Musayev adlı şəxs iş yerini olduğu kimi göstərib. Səhifəsində istədiyi statusları yazıb paylaşır. Serhed.info olaraq Enver Musayev adlı istifadəçinin sosial şəbəkədə paylaşdığı statuslardan bəzisini diqqətinizə çatdırırıq. Və qeyd etmək istəyirik ki, dövlətin verdiyi maaşla dolanan bir şəxsinin sosial şəbəkələrdə ağlına gələni yazması cəmiyyət tərəfindən düzgün qəbul edilmir. Hər halda ümid edirik ki, Adil Qəribov işçisinin bu hərəkətinə lazımi qiymət verəcək. 

 

https://www.facebook.com/emusayev2?fref=nf&pnref=story

1

Özü də, atası da dövlət müəssisəsində işləyən bu insan elə dövlətdən də maaş alır. Lakin imkan düşən kimi paylaşımlarında müxalif mövqe sərgiləyir, dövlətçiliyi, ölkə rəhbərliyində təmsil olunan hörmətli şəxsləri mütəmadi olaraq açıq-aşkar tənqid hədəfinə çevirir, onlar haqqında xoşagəlməz sözlər işlədir, xalqı mitinqə səsləyir.

Araşdırmalarımızdan məlum oldu ki, həmin şəxsin atası elm-mədəniyyət mərkəzlərindən birində (heç bir elmi dərəcəsi olmadan?!) direktor müavini vəzifəsi daşıyır və ali məktəblərdən birində dərs də deyir. Yerliləri arasında iş düzəldən makler kimi ad çıxarıb.

 Sual oluna bilər ki, məmur övladının bu cür fəaliyyətinə ailədə niyə göz yumulur? Bəs, atası dövlətdən 1500, özü isə 500 manatadək maaş alan bu şəxslərdə iqtidara, dövlətin başçısına qarşı aqressiyanın səbəbi nədir?

Onun “fəaliyyəti” ilə bağlı çox xırda məqamları oxucularımızın diqqətinə çatdırırıq:

 

 

Без имени-1

 

 

 

  Без имени-3

Без имени-4

Без имени-5

 






Fikirlər