"GRAND HOSPİTAL" haqda sensasion - İDDİALAR
"Grand Hospital”da qiymətlər əl yandırır. AzerTaym.az Qlobal.az-a istinadən xəbər verir ki məlumata görə, bu hospitala ümumilikdə 70 milyon manat xərclənib. Təkcə tibbi avadanlıq və təchizatına 20 milyon manat xərclənmiş bu müəssisədə savadlı kadr kontingentinin yoxluğundan həmin avadanlıqlar toz basmiş vəziyyətdədir. Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməklə, demək olar ki, sözün əsl mənasında cəllad ordusu formalaşdırılmışdır. Eyni zamanda, Asiman Həsənov hər bir klinikada özünə yaxın xanım tibb işçiləri saxlayır və onun vastəsi ilə klinikada baş verən hadisələrdən anında xəbərdar olur. Asiman Həsənov üçün ən vacib məsələ nəyin bahasına olursa olsun, xəstələrdən pul qoparılmalı və savadlı kadrlar zərərsizləşdirilməlidir. Tehran Babatovun göstərişi ilə Grand Hospitala gətirilmiş Təranə Mahmudova adlı heç bir savadı olmayan qadınla «dostlaşan» Asiman Həsənov bu qadının vasitəsi ilə nəzarətində olan klinikalarda çalışan gözəl xanımları «oyununa» qatır. Sosial şəbəkədə yayılmış bu məlumatla bağlı yazıda adı çəkilən Asiman Həsənovun elektron ünvanına müraciət edərək münasibət öyrəndik. Baş həkim Serhed.info-ya bildirdi ki, boş şeylərə fikir vermirik və sizin də dəyərli vaxtınızı belə şəylərə hədər verməyinizi tövsiyyə etmirəm. Qismet olarsa nə zamansa işlərimizlə tanış olarsınız və o zaman qiymət verərsiniz”.
Mənbə qeyd edir ki, fəaliyyətə başladığı ilyarım ərzində 3 dəfə həkim personalı rəhbərlik tərəfindən qovulmuş "Grand Hospital”da yenə də tibbi personal arasında gərginlik qalmaqdadır. Burada yerli həkimlər türkiyəli həkimlərin "ayağına verilir”. Yüksək maaş və şərtlərlə işə dəvət olunmuş türk həkimlərlə müqayisədə Azərbaycanlı həkimlər ağir şərtlər altında "qəpik-quruş”a işləməyə məcbur edilir. Yaranmış vəziyyətə etiraz edən həkimlərə isə rəhbərlik tərəfindən qapı göstərilir.
AVROPADAN DA BAHA QİYMƏTLƏR
Mənbə daha sonra qeyd edir ki, yarandığı xeyli müddət ərzində heç bir ciddi tibbi uğura imza atmayan, dünyada gedən iqtisadi böhranın fonunda ölkədə baş vermiş devalvasiyaya görə, heç bir sosial kompaniya aparmayan "Grand Hospital”-ın əsas məqsədi ancaq çoxlu pul qazanmaqdır. Bu tibbi müəssisədə müayinələrin qiyməti avropa ölkələrindən bahadır. Məsələn: mənbənin dediyinə görə "Grand Hospital”da elastometriya müayinəsinin qiyməti 150 manat (təxminən 98) dollar olduğu halda Macarıstanda 63, Bolqarıstanda isə 71 dollardır. Digər müayinə və müalicələrin müqayisəsində də ciddi fərqlər var.
Daha sonra mənbə qeyd edir ki, ölkədə fəaliyyət göstərən bir çox özəl klinikalar kimi "Grand Hospital” da "əcnəbi həkim reklamı” altında gizlənir. Deyilənə görə, qospitalın Rəşad Sabri Yurdakul adlı "uzman psixoloq” kimi təqdim etdiyi türk həkim bir neçə kitab müəllifi olsa da öz ölkəsində praktiki uğuru olmayan həkimdir. Bir vaxtlar türk televiziyalarında aparıcılıq edən Sabri Yurdakul "Grand Hospital” tərəfindən Azərbaycan tv-lərində xalqa dahi psixoloq kimi sırınır.
ŞƏBƏKƏLƏŞMİŞ TİBB CƏLLADLARI?
Bütün bunlardan əlavə olaraq "Qrand Qospital”da baş verən maxinasiyalar barədə 3-4 gün öncə yenilik.az-da gedən yazıda deyilir ki, "hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.
Hətta belə məlumatlarda var ki, Asiman Həsənov öz inhisarına ala bilmədiyi həkimlər barədə qara piar apararaq onu gözdən salır və barəsində xoş olmayan məlumatlar yayaraq xüsusi ustalıqla istifadə edir. Son günlər Grand Hospitalda, Medical Plazada və Lor Hospitalda baş verən hadisələr bu söylənilənlərin sübutudur.
Mövzuyla bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq.