"Banklar əhalinin başına olmazın oyununu açırlar" - Cavid Qurbanov

"Banklar əhalinin başına olmazın oyununu açırlar" - Cavid Qurbanov "AzerTaym.az" moderator.az-a istinadən xəbər verir ki, bu fikri “Azəryolservis” ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanov parlamentin iqtisadi siyasət komitəsinin iclasında Vergilər Məcəlləsinə edilən dəyişikliklər zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən banklar sadəcə soyğunçuluqla məşğuldurlar:

“Banklar əhalinin başına olmazın oyununu açırlar. Məcəlləyə dəyişikliyə gəldikdə deyə bilərəm ki, bu, prezident tərəfindən təqdim olunub və ölkə başçısı hər zaman xalqın, xüsusən də sadə vətəndaşların qeydinə qalıb və bu siyasəti yürüdüb. Sadəcə onun tapşırıqları bəzən məmurlar tərəfindən düzgün olmayan tərəfə yönəldilir.”






Fikirlər