“Araz” məşhur “Spar” brendini Azərbaycan istehlakçısına əlçatan edir
“Araz” supermarketlər şəbəkəsi Avropanın aparıcı brendlərindən biri olan “Spar”ı ölkəmizə gətirməklə daha bir Avropa brendini Azərbaycan istehlakçısı üçün əlçatan edib. 1932-ci ildə Niderlandda yaradılan “Spar” 91 ildir ki, Avropanın sevilən brendi və milyonlarla müştərinin üz tutduğu ticarət şəbəkəsidir. “Spar” 4 qitədə, 48-dən çox ölkədə 13 min 600-dən çox market ilə dünyanın aparıcı pərakəndə ticarət şəbəkələrindən biridir. Niderlandın məşhur ticarət şəbəkəsi “Spar” Azərbaycanda 2015-ci ildən bu böyük şəbəkə “Araz” supermarketlər şəbəkəsi ilə əməkdaşlığa başlayaraq Azərbaycan istehlakçılarına xidmət göstərir. “Araz” bu şəbəkənin françayzinq hüququna malik olmaqla yerli sahibkarlar üçün yeni biznes imkanları yaradır. Belə ki, biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar “Spar”ı seçərsə, “Araz”ın təcrübəli mütəxəssisləri tərəfindən onlara biznes planın hazırlamasından mağaza açılışına qədər bütün mərhələlərdə dəstək göstərilir. Bununla da bir-birinə bağlı olmayan, müxtəlif sahibkarlara məxsus pərakəndə mağazalar birləşərək böyük təcrübə və alış gücündən yararlanmaqla məhsulları daha uyğun qiymət, sərfəli şərtlərlə təqdim edir. “Araz” “Spar”ı ölkəmizə gətirməklə iqtisadiyyata dəyər qatır “Spar” kimi beynəlxalq şəbəkə brendinin Azərbaycanda fəaliyyəti ölkə iqtisadiyyatında dəyər yaradır. Belə ki, bu şəbəkənin fəaliyyəti dünyadakı françayzinq təcrübəsinin ölkəmizdə tətbiqi, əhalinin sahibkarlığa marağının artırılmasına imkan yaradır. Həmçinin “Spar” bazarda rəqabət mühitinin güclənməsi, əhalinin məşğulluğunun təmin edilməsində böyük rol oynayır.